Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində məktəblilərin Şamaxı, İsmayıllı, Qəbələ bölgələrinə yolasalma mərasimi keçirilmişdir

14 noyabr 2014 | 16:00

   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən respublikamızda “Ölkəmizi tanıyaq” devizi ilə maarifləndirici tur-aksiyaları keçirilir.
   Nizami rayonunun da tur-aksiya çərçivəsində 9-12 noyabr tarixində IX-XI siniflərin nümunəvi şagirdlərdən ibarət qrupunun  Şamaxı, İsmayıllı, Qəbələ bölgələrinə səfərinin birinci mərhələsi uğurla başa çatmışdır.
   Dörd gün davam etmiş tur-aksiya çərçivəsində şagirdlər qeyd olunan ərazilərin tarixi abidələri, görməli yerləri, sosial-iqtisadi inkişafı ilə yaxından tanış olmuş, “Ölkəmizi tanıyaq” devizi altında keçirilən intellektual, əyləncəli oyunlarda və yarışlarda iştirak etmişlər.
    14 noyabr 2014-cü il tarixində Nizami rayon məktəblilərinin ikinci qrupu bu layihəsi çərçivəsində Şamaxı, İsmayıllı, Qəbələ bölgələrinə yola salındı. 
   Yolasalma mərasimində çıxış edən Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova belə turların gənc nəslin  vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük rol oynadığını, şagirdlərin səfər etdikləri bölgələrdə Heydər Əliyev mərkəzlərini, parkları, tarixi abidələri, tarix-diyarşünaslıq muzeylərini və digər görməli yerləri ziyarət etməklə dünyağörüşlərinin artırılmasında mühüm əhəmiyyət  daşıdığını diqqətə çatdıraraq  onlara uğurlu yol dilədi.
    Sonra şagirdlər onlar üçün ayrılmış avtobusla Şamaxı, İsmayıllı, Qəbələ marşrutu istiqamətində yola düşdülər.

Keçidlər