Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda “I Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilmişdir

15 noyabr 2014 | 16:00

   “I Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində Nizami rayonunda növbəti ağacəkmə aksiyası keçirilmişdir.
   Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə 5 noyabr 2014-cü il tarixindən start verilmiş “I Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində 15 noyabr 2014-cü il tarixində Nizami rayonunda növbəti iməcilik keçirilmişdir.
   Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən iməcilikdə rayonun idarə, müəssisə, təşkilatların, təhsil ocaqlarının kollektivləri iştirak etmişlər.
   Belə ki, Q.Qarayev prospekti 81, C.Naxçıvanski küçəsi 51, Ə.Vəliyev küçəsi 12 ünvanlarında və bütün ümumtəhsil məktəblərinin ərazilərində təmizlik işləri aparılmış, ümumilikdə 345 ədəd müxtəlif növ ağac əkilmişdir.
   Bundan əlavə “I Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində rayonun digər ərazilərində, yaşayış məntəqələrində də ağac əkininin davam etdirilməsi nəzərdə tutulmuşdur.

Keçidlər