İcra Hakimiyyətində “Dövlət qulluqçularının etik davranış qaydalarına riayət etməsi və informasiya azadlığının təmin edilməsi” mövzusunda treninq keçirildi
18 noyabr 2014-cü il tarixində İcra Hakimiyyətində “Dövlət qulluqçularının etik davranış qaydalarına riayət etməsi və informasiya azadlığının təmin edilməsi” mövzusunda rayon ərazisində çalışan dövlət qulluqçuları üçün treninq keçirilmişdir.
Treninqdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Hüquq şöbəsinin müdir müavini, sektor müdiri Elvin Əliyev treninqin keçirilməsində əsas məqsədin dövlət qulluqçularının etik davranış qaydalarının tətbiqi ilə bağlı nümunələrlə tanış edilməsi, dövlət qulluğunda etik prinsiplər, onların dövlət qulluğunda əhəmiyyəti və həmin nümunələr əsasında dövlət qulluqçularının etik davranış qaydaları üzrə praktiki biliklərə yiyələnməsinə köməklik edilməsi olduğunu qeyd etdi.
Treninq interaktiv formada, əməkdaşlar arasında dövlət qulluqçularının etik davranış qaydaları ilə bağlı kazuslar əsasında diskussiya şəklində davam etdirilmişdir