Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyətində Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirildi

10 dekabr 2014 | 16:00

 10 dekabr 2014-cü il tarixində Nizami Rayon İcra Hakimiyyətində Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirildi.
     Tədbirdə millət vəkilləri Sədaqət Vəliyeva, Rasim Musabəyov, Leyla Abdullayeva və Rüfət Quliyev iştirak etmişlər.
       Tədbirin əvvəlində Ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
       Sonra bəstəkar Sevinc Tofiq qızının Ulu öndərim – “Xatirələr” kompozisiyası təqdim edildi.
Kompozisiyanın təqdimatından sonra Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov çıxış edərək, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin XX əsrin ən parlaq simalarından və nadir şəxsiyyətlərindən biri olduğunu söyləyərək bütün həyatı boyu Vətəninin, xalqının gələcəyini düşündüyünü, Azərbaycanın müstəqilliyinin əbədiliyinə bütün varlığı ilə inanaraq bu dövlətin ideya əsaslarını, strateji inkişaf istiqamətlərini konkret olaraq müəyyənləşdirdiyini və onun müəyyən etdiyi siyasi xəttin ardıcıl davam etdirilməsi nəticəsində Azərbaycanın inkişaf etdiyini söylədi.
Sonra YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva “Heydər Əliyev xalqın qəlbində və əməllərində yaşayır” mövzusunda məruzə etdi.
      Daha sonra millət vəkilləri Rasim Musabəyov, Leyla Abdullayeva və Rüfət Quliyev çıxış edərək, Heydər Əliyevin Azərbaycan cəmiyyəti, gələcək nəsillər üçün sivil dəyərlərə əsaslanan, milli-mənəvi dəyərləri yaşatmağa qadir olan bir ölkə miras qoyduğunu, bu gün hər bir Azərbaycan vətəndaşının qəlbində Ulu Öndərin ölməz işıqlı obrazının yaşadığını qeyd etdilər.
     Tədbirin sonunda Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov ümummilli lider Heydər Əliyevin Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirdiyini və həmin strategiyanın ardıcıl həyata keçirilməsi nəticəsində bu gün ölkəmizin sürətlə irəli getdiyini,  onun cəsarət və uzaqgörənliklə həyata keçirdiyi islahatlar sayəsində Azərbaycanın indiki inkişaf səviyyəsinə çatdığını və bu gün  dahi rəhbərin siyasi kursunun onun ən layiqli davamçısı möhtərəm Prezidentimiz  İlham Əliyev  tərəfindən uğurla davam etdirildiyini söylədi.

Keçidlər