Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2014-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncağı keçirilmişdir

08 yanvar 2015 | 16:00

08 yanvar 2015-ci il tarixində YAP Nizami rayon təşkilatının inzibati binasında Nizami Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2014-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncağı keçirilmişdir.
Yığıncağı Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova açaraq, son dövrdə rayon ərazisində Dövlət Proqramına uyğun olaraq, həmçinin daxili resurslar hesabına xeyli yenidənqurma, tikinti və abadlıq işlərinin görüldüyünü, “I Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində rayon ərazisində müxtəlif ünvanlarda və bütün ümumtəhsil məktəblərinin, məktəbəqədər tərbiyə müəssisələrinin və səhiyyə ocaqlarının ərazilərində təmizlik işləri aparıldığını, müxtəlif növ ağaclar əkildiyini qeyd etdi. Sonra sahə inzibati ərazi dairəsində 2014-cü ildə görülmüş işlər barədə məlumat vermək üçün sözü RİHB-nın 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Azər Məmmədova verdi.
A.Məmmədov məruzə edərək, hesabat dövründə 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisində xeyli abadlıq və quruculuq işləri aparıldığını, o cümlədən Q.Qarayev prospektinin 1,3 km hissəsində işıq dirəkləri, səkilər və kommunikasiya xətləri dəyişdirilməklə əsaslı yenidənqurma işləri görüldüyünü və ağaclar əkildiyini, Q.Qarayev, Ə.Vəliyev,  M.Abbasov, Şərifli, Özbəkistan, K.Balakişiyev, Nəsimi küçələrində ümumilikdə 6744 m2 asfalt örtüyü salındığını, Q.Qarayev metrosunun çıxış hissəsində isə 2984 m2 üzlük daş vurulduğunu,  yeni yaşıllıq zolaqlarının salındığını qeyd etdi. Həmçinin Nizami rayon Mənzil Komunal Təsərrüfat Birliyi tərəfindən 2350 m2 dam örtüyünün təmir olunduğunu, 32 ədəd qapı və 340 p/m su navalçasının,  liftlərdə 150 p/m elektrik xəttinin təmir olunduğunu və 3750 p/m tüstü bacasının təmizləndiyini nəzərə çatdırdı. Eyni zamanda Q.Qarayev, Ə.Vəliyev, A.Manafov, İ.Müzəffəroğlu küçələrində yaşıllıq zolağının təzələndiyini, 300 m3 əlavə torpaq  qatı verildiyini və 200-dən artıq ağac əkildiyini bildirdi. Bundan əlavə, nümayəndəliyin ərazisində fəaliyyət göstərən Bakı şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin 1 və 3 saylı XTMKTB-nin balansında olan yaşayış binalarında və ətraflarında, eyni zamanda rayonun digər xidmət və təsərrüfat idarələri tərəfindən tabeçiliklərində olan ayrı-ayrı təsərrüfatlarda da xeyli işlər görüldüyünü bildirdi.
Sonra məruzə ətrafında Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Firudin Cabbarov,  32 nömrəli məktəbin direktoru Sevda Abdullayeva, “Azəristiliktəchizat” ASC-nin 16 saylı İstilik Sistemləri İstismar Sahəsinin rəisi Mustafa Əhmədov, Rayon Sukanal İdarəsinin baş mühəndisi Cəlal Cəfərov çıxış etdilər.
Yığıncağa yekun vuran Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova  RİHB-nın 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2014-cü ildə gördüyü işlərin qənaətbəxş hesab edildiyini bildirdi və yığıncaq iştirakçılarına işlərində uğurlar arzuladı.

Keçidlər