Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2014-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncağı keçirilmişdir

15 yanvar 2015 | 16:00

15 yanvar 2015-ci il tarixində 220 nömrəli məktəb-liseydə Nizami Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2014-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncağı keçirilmişdir.

Yığıncağı İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev açaraq, rayonda aparılan abadlıq, tikinti, yenidənqurma işlərindən, həyata keçirilən layihələrdən, həmçinin Dövlət Proqramına uyğun görülən işlərdən danışdı.

Sonra İ.Mehdiyev 2014-cü ildə görülən işlər barədə məlumat vermək üçün sözü Rayon İcra Hakimiyyəti Başçısının 2 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Natiq Quliyevə verdi.

N.Quliyev hesabat məruzəsi ilə çıxış edərək, “2011-2013-cü illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində 220 nömrəli məktəb-liseydə əlavə tədris korpusunun tikildiyini, “2014-2016-cı illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən isə Kimya-biologiya təmayüllü liseyinin qazanxanasının yenidən qurulduğunu, 214 nömrəli məktəbin əsaslı təmir olunduğunu, həmçinin Q.Qarayev 81, E.Süleymanov 114, Rüstəmov 66, 68, 70 saylı binaların həyətində idman meydançalarının qurulduğunu nəzərə çatdırdı. Eyni zamanda nümayəndəliyin ərazisində müxtəlif ünvanlarda xidmət təsərrüfatları üzrə məhəllədaxili və aşağıpaylama istilik xətlərinin əsaslı təmir olunduğunu, 1050 metr olmaqla kabel xətti çəkildiyini, 3412 ədəd mexaniki qaz sayğaclarının yeni “Smart-kart” tipli elektron sayğaclarla əvəz edildiyini, 302 p/m su xətti dəyişdirildiyini, 296 ədəd sayğac və 14 ədəd siyirtmə quraşdırılaraq istifadəyə verildiyini, ümumilikdə 295 p/m çirkab və 226 p/m içməli su borularının yenisi ilə əvəz edildiyini, həmçinin yaşayış binalarında dam örtüklərinin təmir olunduğunu, tüstü bacalarının təmir edilərək təmizləndiyini, məhəllələrdə yaşıllıqların salındığını diqqətə çatdırdı.

Sonra 229 saylı tam orta məktəbin direktoru Fəridə Bağırova, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Məhi Mehdiyev, rayon sakini Ağalar Qasımov məruzə ətrafında çıxış etdilər.

Sonda sakinlər rayon ərazisində aparılan abadlıq, yenidənqurma işləri ilə bağlı fikirlərini bölüşdülər.

Keçidlər