Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunun 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.

18 aprel 2015 | 15:00

18 aprel 2015-ci il tarixində Nizami Rayon İcra Hakimiyyətində rayonunun 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
Yığıncaqda millət vəkili Sədaqət Vəliyeva iştirak etmişdir.
Yığıncağı Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov açaraq, aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasının keçirildiyini qeyd etdi. O, 2015-ci ildə maliyyə iqtisadi böhranının, yəni neft məhsullarının qiymətinin aşağı düşməsinin Azərbaycana da öz təsirini göstərdiyini və bütün ölkələrdə, xüsusilə neft ixrac edən ölkələrdə bu proseslərin milli valyutanın devolvasiyası ilə müşahidə olunduğunu, lakin bütün bunlara baxmayaraq, Azərbaycan iqtisadiyyatının öz müsbət inkişaf tempini qoruyub saxladığını və birinci rübün yekunkarına görə ümumi daxili məhsulda 5%, qeyri neft sektorunda 7% artım müşahidə olunduğunu söylədi. Bu gün əsas prioritetin qeyri-neft sektorunun, əsasən də sənaye istehsalına və kənd təsərrüfatının inkişafına yönəldilmiş tədbirlərin olduğunu qeyd edən T.Budaqov bu istiqamətdə də işlərin getdiyini və yaxın gələcəkdə Azərbaycan iqtisadiyyatının daha intensiv inkişafına nail olacağını vurğuladı. Sonra 2015-ci ilin birinci rübündə Nizami rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında məruzə üçün sözü müavini İldırım Mehdiyevə verdi.
İ.Mehdiyev respublikada olduğu kimi, Nizami rayonunda da hesabat dövründə uğurlar əldə olunduğunu, iqtisadi baxımdan rayonun inkişaf etdiyini, yenidənqurma və əsaslı təmir işləri aparıldığını qeyd etdi. O, aparılan uğurlu yenidənqurma işləri nəticəsində Nizami rayonunun sənaye müəssisələrinin fəaliyyətinin daha da canlandığını, sakinlərin qarşılaşdığı sosial problemlərin həlli istiqamətində konkret işlər görüldüyünü söylədi. Eyni zamanda rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin əsaslı təmiri, yenidən qurulması, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də işlərin davam etdirildiyini diqqətə çatdırdı.
Daha sonra YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva, Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Nadir Eyvazov, “Azərişıq” ASC-nin Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin İstismar şöbəsinin rəisi İmran Məmmədov, Rayon Sukanal İdarəsinin baş mühəndisi Cəlal Cəfərov hesabat dövründə görülən işlər barədə çıxış etdilər.
Yığıncağa yekun vuran Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov hesabat dövründə görülən işləri müsbət dəyərləndirdiyini, Dövlət Proqramlarından irəli gələn tapşırıqların vaxtında icra olunduğunu, eyni zamanda rayonun daxili resursları hesabına xeyli işlərin görüldüyünü qeyd etdi və qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün müvafiq tapşırıqlarını verdi.

Keçidlər