17 oktyabrda rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə rəsmi yığıncaq keçirilmişdir.
17 oktyabrda rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə rəsmi yığıncaq keçirilmişdir.
Yığıncaqda millət vəkilləri Sədaqət Vəliyeva və Aydın Mirzəzadə iştirak etmişlər.
Tədbir iştirakçıları Heydər Əliyevin İcra Hakimiyyətinin foyesindəki büstünün önünə gül dəstələri qoymuş, ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Bu yığıncaq Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə rayonda keçirilmiş silsilə tədbirlərə yekun vurmuşdur. Belə ki, 62 №-li məktəb-liseydə “Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” adlı ədəbi-bədii kompozisiya və açıq dərslər, “Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir” mövzusunda inşa yazı, “Yaşa, müstəqil Azərbaycanım!” mövzusunda şeir, “Müstəqil Azərbaycan uşaqların gözü ilə” və “Canım Azərbaycanım” mövzularında rəsm sərgi - müsabiqələri, şahmat yarışı və Bələdiyyə kuboku uğrunda futbol turniri keçirilmişdir.
Həmçinin Heydər bağı-park bulvarda “20 il müstəqillik yollarında” adlı kitab sərgisi və Heydər Əliyev adına Bakı Neft Emalı zavodunda bayram konserti təşkil edilmişdir.
Millət vəkili Aydın Mirzəzadə “Dövlət Müstəqilliyinin bərpası xalqımızın tarixi nailiyyətidir” mövzusunda məruzə ilə çıxış etmişdir.
Sonda keçirilmiş müsabiqə və yarışların qaliblərinə rayon İcra Hakimiyyətinin qiymətli hədiyyələri təqdim olunmuşdur.