Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92 illiyi münasibətilə rayon məktəbliləri arasında mini-futbol turnirinin final mərhələsi keçirilmişdir

04 may 2015 | 15:00

04 may 2015-ci il tarixində Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun stadionunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 92 illiyi münasibətilə  rayon məktəbliləri arasında mini-futbol turnirinin final mərhələsi keçirilmişdir.
20 aprel - 04 may tarixdə təşkil olunmuş turnirlərdə ümumilikdə 276 iştirakçı olmaqla 23 komanda olimpiya sistemi üzrə yarışmışdır.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının təyin etdiyi hakimlər tərəfindən obyektiv şəkildə idarə olunmuş oyunlardan sonra I yerə 328 saylı tam orta məktəbin, II yerə 220 saylı məktəb-liseyin, III yerə isə 32 saylı tam orta məktəbin komandaları layiq görülmüşdür.
Turnirin final görüşündə komandalar 500-ə yaxın azarkeşin dəstəyi ilə gözəl oyun nümayiş etdirdilər.
Turnirin bağlanış mərasimində Nizami Rayon İcra Hakimiyyəti başçısının müavinləri, millət vəkili Sədaqət Vəliyeva, Nizami və Keşlə bələdiyyələrinin sədrləri iştirak etmişlər.
Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva və Nizami Rayon Gənclər və İdman İdarəsinin rəisi Elşən Mirzəyev çıxış edərək yarış iştirakçılarına öz ürək sözlərini çatdırmışlar.
Sonda millət vəkili Sədaqət Vəliyeva, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev və Nizami bələdiyyəsinin sədri Vüqar Quliyev qalib komandalara mükafatları təqdim etmişlər.

Keçidlər