Rayonda ümummilli lider Heydər Əliyevin anadan olmasının 92 illiyi münasibətilə "Azərbaycan Olimpin zirvəsində" adlı ümumrayon tədbiri keçirilmişdir
6 may 2015-ci il tarixində 251 saylı orta məktəbdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92 illiyi münasibətilə Nizami Rayon İcra Hakimiyyəti YAP Nizami rayon təşkilatı ilə birgə "Azərbaycan Olimpin zirvəsində" adlı ümumrayon tədbiri keçirmişdir.
Tədbirdə millət vəkilləri Sədaqət Vəliyeva və Rasim Musabəyov iştirak etmişlər.
Tədbirdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü və 1941-1945-ci illərdə müharibədə Qələbənin 70 illik yubileyi münasibətilə aprel ayının 9-dan etibarən idman və digər yarışlara start verildiyi, paint-ball, güllə atıcılığı, voleybol, həndbol, cüdo, karate, üzgüçülük, basketbol, stolüstü tennis, ağır atletika, taekvondo, gimnastika, ümumilikdə 13 idman növü üzrə yarışlar keçirildiyi və bu yarışlarda 1200 nəfərə yaxın idmançının, həmçinin rayon məktəbliləri arasında breyn-ring, şahmat yarışları, "Heydər Əliyev və Müstəqil Azərbaycan" mövzusunda inşa yazı, rəsm və bədii qiraət müsabiqələri keçirildiyi və 300-ə yaxın şagirdin iştirak etdiyi qeyd olundu.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, millət vəkilləri Sədaqat Vəliyeva və Rasim Musabəyov, I Avropa Oyunlarında iştirak edəcək idmançılar çıxış etmişlər.
Tədbirin sonunda qeyd olunan yarışların qaliblərinin mükafatlandırma mərasimi keçirilmiş, onlar kubok, medal və diplomlarla təltif olunmuşlar.