Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi qeyd edildi

09 may 2015 | 15:00

09 may 2015-ci il tarixində faşizm üzərində Qələbənin 70 illiyi ilə əlaqədar rayon ictimaiyyətinin nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri, millət vəkili Sədaqət Vəliyeva Keşlə qəsəbəsindəki 1941-1945-ci illərdə həlak olanların Xatirə memorial kompleksini ziyarət etmişlər.
Daha sonra tədbir “Xəmsə” istirahət mərkəzində Böyük Vətən Müharibəsi iştirakçıları üçün  təşkil olunmuş ziyafətlə davam etdirildi.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov Böyük Vətən Müharibəsi iştirakçılarını Qələbənin 70 illiyi münasibətilə təbrik edərək, Azərbaycan xalqının müharibə illərində göstərdiyi əzmkarlıq və qəhrəmanlıqlardan söz açdı. O, ulu öndər Heydər Əliyevin veteranların sosial qayğılarının daim diqqət mərkəzində saxladığını söyləyərək, möhtərəm prezidentimiz cənab İlham Əliyevin bu yolu davam etdirərək Böyük Vətən müharibəsi iştirakçılarına göstərdiyi diqqət və qayğını xüsusi qeyd etdi. Həmçinin cənab Prezidentin xüsusi sərəncamı ilə respublikanın bütün bölgələrində Qələbənin 70 illiyi münasibətilə tədbirlər keçirilməsi haqda və veteranların  “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi” yubiley medalı ilə təltif edilməsi haqqında xüsusi sərəncam imzaladığını tədbir iştirakçılarının nəzərinə çatdırdı.
Millət vəkili Sədaqət Vəliyeva və Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin Nizami rayon idarəsinin rəisi Rövşən Babayev çıxış edərək müharibə veteranlarını Qələbənin 70 illiyi münasibətilə təbrik etdilər, onlara cansağlığı və uzun ömür arzuladılar.
Sonra Böyük Vətən Müharibəsi veteranlarına yubiley medalları, eyni zamanda Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış hədiyyələr təqdim edildi və tədbir konsert proqramı ilə davam etdirildi.

Keçidlər