Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyətində Fövqəladə hallar üzrə rayon komissiyasının iclası keçirilmişdir.

04 iyul 2015 | 15:00

04 iyul 2015-ci il tarixində Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Fövqəladə hallar üzrə rayon komissiyasının Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi ilə birgə geniş tərkibli iclası keçirilmişdir.
İclasda millət vəkili Sədaqət Vəliyeva, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişlər.
İclası giriş sözü il açan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov hər il olduğu kimi, bu il də Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları ilə birgə tədbirlər təşkil olunduğunu bildirərək bugünkü iclasda yanğın təhlükəsizliyi və ehtimal olunan fövqəladə hallara mülki-müdafiə xidmət və qüvvələrin hazırlıq vəziyyəti ilə məsələlərin müzakirə olunacağını qeyd etdi. Həmçinin Bakı şəhərində hündürmətəbəli yaşayış binalarının birində baş vermiş məlum yanğın hadisəsindən sonra rayon ərazisində belə halların yaşanmaması üçün müvafiq araşdırmalara başlandığını və bu sahədə mövcud ola biləcək problemlərin həlli istiqamətində bütün idarə, müəssisə və təşkilat rəhbərlərinə ciddi tapşırıqlar verildiyini diqqətə çatdırdı.
Sonra Dövlət Yanğın Nəzarəti Xidməti 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi rəisinin müavini İlqar Əliyev “Yanğın təhlükəsizliyi-mövcud problemlər və qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış etdi.
Məruzə ətrafında Rayon MKTB-nin baş mühəndisi Bayram Bayramov, Rayon Qaz İstismar Sahəsi rəisinin müavini Ramin Ağayev, Rayon Enerji Təchizatı və Satışı İdarəsinin yanğın təhlükəsizliyi üzrə aparıcı mühəndisi Nəsimi Ələkbərov və Rayon Sukanal İdarəsinin rəisi Darvin Hüseynov çıxış etdilər.
Daha sonra Nizami Rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi İlqar Abbasov “Ehtimal olunan fövqəladə hallara mülki-müdafiə xidmət və qüvvələrinin hazırlıq vəziyyəti” mövzusunda çıxış etdi.
Həmçinin iclasda millət vəkili Sədaqət Vəliyeva və Fövqəladə Hallar  Nazirliliyi Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev çıxış etdilər.
İclasın sonunda rayon ərazisində yanğın təhlükəsizliyinin etibarlı təmin olunması sahəsində mövcud olan problemlərin həlli ilə bağlı qərar qəbul edildi.

Keçidlər