Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda 15 sentyabr – Bilik Günü qeyd edilmişdir

15 sentyabr 2015 | 15:00

15 sentyabr – Bilik Günü Nizami rayonunun bütün orta məktəblərində təntənəli şəkildə qeyd olundu.

Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının müavini İldırım Mehdiyev 238 №-li tam orta məktəbdə Bilik Günü münasibətilə keçirilən tədbirdə iştirak etmişdir.

Tədbirdə İ.Mehdiyev yeni dərs ili münasibətilə məktəbliləri, valideynləri və müəllimləri təbrik etdi. O, rayon üzrə 2014-2015-ci tədris ilinin nəticəsi olaraq, məktəbi bitirən 2061 məzundan 1190 nəfərinin ali məktəblərə qəbul olunduğunu, onlardan 94-nün 600-dən çox, 1 nəfərin isə 700 bal topladığını, ali məktəblərə daxil olanlardan 7 nəfərin Prezident təqaüdünə layiq görüldüyünü bildirdi.

Həmçinin o, təhsil müəssisələrində görülən işlərdən söz açaraq, “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən 12 №-li orta məktəbdə 200 yerlik (10 sinif), 32 №-li orta məktəbdə 640 yerlik (32 sinif) və 238 №-li orta məktəbdə 320 yerlik (16 sinif) əlavə korpusların tikintisinin davam etdirildiyini, Bakı Texniki Kollecində əsaslı təmir və yenidənqurma işlərinin başa çatdığını vurğuladı. Sonra İ.Mehdiyev məktəbin kollektivinə və şagirdlərə yeni dərs ilində uğurlar arzuladı.

Bilik Günü münasibətilə 220 №-li məktəb-liseydə keçirilən tədbirdə isə Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, millət vəkili Sədaqət Vəliyeva, Təhsil Nazirinin müavini Ceyhun Bayramov, nazirliyin əməkdaşı Hüseyn Əsgərov, “UNICEF Azerbaijan”ın nümayəndəsi xanım Nafisa Binte Shafique iştirak etmişlər. Məktəbdə həmçinin yeni dərs ili ərəfəsində “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin açılışı olmuşdur.

 

Keçidlər