Rayonda Müqəddəs Qurban Bayramı qeyd edildi
24 sentyabr 2015 | 15:00
Islam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Qurban bayramı ölkəmizdə də dövlət səviyyəsində bayram edilir.
Hər il olduğu kimi, Nizami rayonunda bu il də Qurban bayramı qeyd edildi.
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 23-24 sentyabr tarixlərində rayonun bir neçə ünvanında qurbanlar kəsilmiş və Böyük Vətən müharibəsi iştirakçılarına, Qarabağ müharibəsi əlilləri, veteranları, şəhid ailələri üzvlərinə, rayon ağsaqqallarına, imkansız və aztəminatlı ailələrə qurbanlıq payları paylanmışdır. Eyni zamanda yataq xəstələri olan, fiziki imkanları məhdud rayon sakinlərinə də evlərinə qurban payları və bayram hədiyyələri çatdırılmışdır.