Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda Beynəlxalq Ahıllar Günü qeyd edilmişdir

01 oktyabr 2015 | 15:00

01 oktyabr 2015-ci il tarixində rayonda 12 nömrəli tam orta məktəbdə Beynəlxalq Ahıllar Günü münasibətilə tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Rayon Gənclər və İdman İdarəsinin rəisi Elşən Mirzəyev ilk öncə tədbir iştirakçılarını Beynəlxalq Ahıllar Günü münasibətilə təbrik edərək, rayonda bu kimi tədbirlərin keçirilməsində məqsədin ahıl vətəndaşların sosial problemləri ilə yaxından tanış olmaq,  onlara diqqət və qayğı göstərərək, əhval-ruhiyyələrini yüksəltmək və onlara olan sevgini bir daha nümayiş etdirmək olduğunu bildirdi.
Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova çıxışında BMT-nin Baş Məclisinin 1992-ci ildə Ahılların müdafiəsi ilə bağlı Qətnamə qəbul etdiyini və həmin Qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabr ayının 1-i Beynəlxalq Ahıllar Günü kimi qəbul edildiyini, BMT-nin inkişaf proqramında ahıllar probleminə geniş yer verildiyini diqqətə çatdıraraq, müstəqil respublikamızda da Ahıllar Günü münasibətilə bir sıra məqsədyönlü tədbirlər həyata keçirildiyini və bu işlərin bu gün də davam etdirildiyini söylədi. G.İsrafilova ölkəmizdə ilk dəfə Ahıllar Gününün xalqımızın ümummilli lideri Heydər Əliyevin prezidentliyi dövründən, yəni 1993-cü ildən keçirilməyə başladığını, ahıl insanlara, onların problemlərinə hər zaman böyük qayğı və diqqətlə yanaşıldığını, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırığı ilə ahıl insanlara qayğı göstərilməsi, onların problemlərinin həll edilməsinin bir vəzifə kimi qarşımıza qoyulduğunu diqqətə çatdırdı. Çıxışının sonunda G.İsrafilova rayon rəhbərliyi və öz adından tədbir iştirakçılarını Beynəlxalq Ahıllar Günü münasibətilə təbrik etdi.
Daha sonra rayon ahılları arasında stolüstü idman oyunları olan nərd, dama və şahmat üzrə yarışlar keçirildi. Sonda qaliblər və oyun iştirakçıları mükafatlandırıldılar.

Keçidlər