Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov rayon sakinləri ilə görüşmüşdür
03 oktyabr 2015-ci il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov rayonda aparılan abadlıq-quruculuq işlərinin gedişatı ilə bağlı əraziyə baxış keçirmiş, müxtəlif ünvanlarda rayon sakinləri ilə görüşərək, onları narahat edən problemlərlə yaxından tanış olmuşdur.
Belə ki, R.Rüstəmov küçəsi 74 və 80 saylı binaların aşağıpaylayıcı istilik xətlərinin yenidən qurulması, günlüklərin yerinin dəyişdirilməsi, hava xətlərinin yeraltı elektrik xətləri ilə əvəz olunması, E.Süleymanov küçəsi 108 saylı binanın ərazisində abadlıq işlərinin aparılması, uşaq-əyləncə qurğularının, yeni günlüklərin və oturacaqların quraşdırılması, istilik təchizatının yaxşılaşdırılması, E.Süleymanov küçəsi 133, 135, 137 saylı ünvanlarda mini stadionun tikilməsi, dayanacaq köşkünün səliqəyə salınması, həyətlərin asfaltlanması kimi məsələlərlə bağlı sakinlər tərəfindən müraciət edilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov vətəndaşlar tərəfindən diqqətə çatdırılmış problemlərin aradan qaldırılması üçün aidiyyəti idarə və müəssisələrə müvafiq tapşırıqlar vermişdir.
Sonra A.Qasımov Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda aparılan abadlıq-quruculuq işlərindən danışmış və bu işlərin rayonumuzda da davamlı şəkildə aparılacağını, müasir infrastruktur yaradılacağını vurğulamışdır.