Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda 9 noyabr Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilmişdir

07 noyabr 2015 | 16:00

07 noyabr 2015-ci il  tarixində Rayon İcra Hakimiyyətində 9 noyabr Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə YAP İcra katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva, politoloq Rasim Musabəyov, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov Azərbaycan Respublikasının üçrəngli Dövlət bayrağının ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən qəbul edildiyini, ikinci dəfə xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edildiyini, 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək həmin bayrağı Dövlət bayrağı elan etdiyini, ölkə başçısı cənab İlham Əliyevin isə 9 noyabr tarixinin Dövlət Bayrağı Günü kimi qeyd olunması ilə bağlı 2009-cu il noyabrın 18-də sərəncam imzaladığını söylədi. O, Dövlət bayrağının milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrildiyini, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayrağın bizim azadlığımızı, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirdiyini diqqətə çatdırdı.
Sonra YAP İcra katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə “Bayrağımız qürur mənbəyimizdir” mövzusunda məruzə etdi.
Tədbirdə daha sonra çıxış edən YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva və politoloq Rasim Musabəyov hər bir azərbaycanlı üçün üçrəngli bayrağımızın müqəddəs, mənəvi sərvət və inanc yeri olduğunu, vətənin gücünü, qüdrətini göstərdiyini vurğuladılar.
Tədbirə yekun vuran Arif Qasımov xalqımızın müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyinin, türk mənşəyini, islam sivilizasiyasına mənsubluğunu ifadə edən milli ləyaqət simvolumuz olan Azərbaycan bayrağını başı üzərində uca tutmağın, vüqarla dalğalandırmağın hər bir azərbaycanlının borcu olduğunu söylədi və tədbir iştirakçılarını 9 noyabr Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi.

Keçidlər