Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda Bəkir Çobanzadə küçəsində təmir-tikinti işlərinə başlanılmışdır

27 noyabr 2015 | 16:00

27 noyabr 2015-ci il tarixindən Bəkir Çobanzadə küçəsinin Mehdi Abbasov və Rüstəm Rüstəmov küçələri arasında olan, uzunluğu 924 metr, ortalama eni isə 15 metr olan hissəsində təmir-tikinti işləri aparılır.
Küçənin köhnə asfalt-beton örtüyü yenisi ilə əvəz edilərək,  14 min kvadrat metr sahəyə 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır.
Təmir-tikinti işləri zamanı küçədə yağış sularının kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sisteminin yenilənməsi, yeni yağış barmaqlıqları qoyulması, yeraltı qaz, su, istilik, elektrik və rabitə xətlərinin yolun hərəkət hissəsindən kənara köçürülməsi nəzərdə tutulmuşdur.
Təmir işləri çərçivəsində piyadaların təhlükəsizliyi nəzərə alınaraq yol boyu hər iki istiqamət üzrə 1,5 metr enində yeni piyada səkiləri yaradılacaq və səkilərin kənarlarına 1800 p/m yeni səki daşları düzüləcəkdir.
Həmçinin nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkəti üçün Bəkir Çobanzadə küçəsində yolun hərəkət hissəsinin müəyyən ərazilərində 5 metrə yaxın genişləndirilmə işlərinin aparılması həyata keçiriləcəkdir.
“Azəryolservis” ASC tərəfindən B.Çobanzadə küçəsində sərnişin avtobusları üçün 2 ədəd xüsusi “cib”li dayanacaqların yaradılması istiqamətində də işlərin görülməsi nəzərdə tutulur. Bu avtobus “cib”lərinin uzunluğu 15 metr, eni isə 3 metr olacaqdır.
Bundan əlavə küçədə aparılan kompleks tədbirlər çərçivəsində yol boyu işıqlandırma sisteminin yenidənqurulması planlaşdırılır.

Keçidlər