Mikayıl Əliyev küçəsinin Mehdi Abbasov küçəsi ilə Babək prospekti arasındakı bir hissəsi təmir olunaraq istifadəyə verilmişdir.
2 noyabr 2015-ci il tarixindən təmirinə başlanmış Mikayıl Əliyev küçəsinin Mehdi Abbasov küçəsi ilə Babək prospekti arasında yerləşən yolun bir hissəsinin təmiri yekunlaşmışdır. Belə ki, M.Əliyev küçənin sözügedən hissəsində təmir-tikinti işləri “Azəryolservis” ASC tərəfindən aparılan kompleks tədbirlər çərçivəsində həyata keçirilmişdir.
Təmir olunmuş yolun hərəkət hissəsinin uzunluğu 1375 metr, eni isə 26,5 metrdir. Küçənin 36500 kvadrat metr sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılmış, küçə boyu müasir işıqlandırma sistemi quraşdırılmışdır.
Küçə boyu yağış sularının kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi qurulmuşdur.
Piyadaların təhlükəsiz hərəkəti üçün hər iki istiqamət üzrə 1,5 metr enində yeni piyada səkiləri qurulmuş, 2700 p/m yeni səki daşları düzülmüşdür.
Hazırda Mikayıl Əliyev küçəsində işlər davam etdirilir.