Şriftin ölçüsü :

Saytın rəngi :

Mikayıl Əliyev küçəsinin Babək prospektinə doğru olan hissəsində təmir işləri davam etdirilir.

30 noyabr 2015 | 16:00

Nizami rayonu Mikayıl Əliyev küçəsinin Babək prospektinə doğru olan 1450 metrlik hissəsinin 700 metr ərazisində təmir işləri aparılır.
Sözügedən ərazidə təmir-tikinti işləri yekunlaşandan sonra küçənin digər hissəsinin, 750 metrlik ərazinin də təmirinə başlanılacaqdır.
  Təmir-tikinti işləri zamanı küçənin köhnə asfalt-beton örtüyü yenisi ilə əvəzlənir. Ümumilikdə sözügedən əraziyə 2 qat olmaqla 30 min kvadrat metr sahəyə yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır.
Mikayıl Əliyev küçəsindən Babək prospektinə çıxan hissəsinin 150 metrlik bir ərazisində genişləndirmə işləri görüləcəkdir ki, bunun da nəticəsində həmin istiqamətdə yol təqribən 3-4 metr genişlənəcəkdir
Qeyd olunan ərazidə yağış sularının kənarlaşdırılması üçün yağış-kanalizasiya sisteminin 1 kilometrdən artıq hissəsi qurulmuşdur.
Piyadaların normal və təhlükəsiz hərəkəti üçün yol boyu hər iki istiqamət üzrə 1,5 metr enində yeni piyada səkiləri yaradılıb. Səkilərin kənarlarına 3 min p/m yaxın səki daşları düzülür.

Keçidlər