Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda “Devizimiz – sağlam həyat tərzidir” mövzusunda tədbir keçirilmişdir

08 dekabr 2015 | 16:00

08 dekabr 2015-ci il tarixdə 12 saylı tam orta məktəbdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu ilə Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkil etdiyi “Devizimiz – sağlam həyat tərzidir” adlı rayon tədbiri keçirilmişdir.
Tədbirdə millət vəkilləri Sədaqət Vəliyeva və Rasim Musabəyov iştirak etmişlər.
Tədbirdə ilk öncə "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə baş vermiş yanğın nəticəsində vəfat etmiş neftçilərin xatirəsi bir dəqiqəlik sükutla anıldı.
Tədbiri açan Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Bakı şəhəri Nizami rayon Komissiyasının 2015-ci ilin 11 ayı ərzində gördüyü işlərə dair hesabatla çıxış edərək, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli, 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın, habelə 2014-cü ildə görülmüş işlər barədə İşçi qrupu tərəfindən ümumiləşdirilmiş təhlildə qeyd olunan tapşırıq və tövsiyələrin icrasının təmin edilməsi məqsədilə cari il üçün hazırlanmış iş planı əsasında aidiyyəti idarə və təşkilatlara birgə rayonun təlim-təhsil müəssisələrində maarifləndirmə işlərinin aparıldığını qeyd etdi. Həmçinin narkomanlıqla bağlı hüquqpozmalara meylli olan yetkinlik yaşına çatmayanlarla məqsədəmüvafiq tədbirlər keçirildiyini, bu sahədə yerli bələdiyyə, polis orqanları, təhsil müəssisələri, əmək kollektivləri ilə əlaqələrin genişləndirildiyini, birgə fəaliyyət istiqamətləri müəyyən edildiyini diqqətə çatdırdı.
Sonra 61 saylı tam orta məktəbin şagirdləri hazırladıqları “Sən şəxsiyyətsən, hədəf deyilsən” adlı tamaşanı nümayiş etdirdilər.
Tamaşanın nümayişindən sonra çıxış edən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Vasif Quliyev və Milli QHT forumunun prezidenti, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının üzvü Rauf Zeyni narkomanlıq və narkotik maddələrdən, onların yaratdığı sosial bəlalardan, cəmiyyətdə törətdiyi fəsadlardan söz açaraq, bu bəlaya qarşı təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinin, əhalinin maarifləndirilməsinin zəruriliyini qeyd etmişlər. Həmçinin mütəmadi olaraq təlim-tərbiyə müəssisələrində narkomanlığa qarşı mübarizə tədbirləri keçirildiyini və belə tədbirlərin təşkilinin böyük  əhəmiyyət daşıdığını vurğulamışlar.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov çıxış edərək, narkomaniyanın ümumbəşəri bir bəlaya çevrildiyini və ona qarşı Azərbaycanda da məqsədyönlü tədbirlər həyata keçirildiyini, narkomanlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin ümumdövlət vəzifəsi kimi müəyyən edildiyini bildirdi. O, sağlam həyat tərzinin formalaşdırılmasına, böyüməkdə olan yeniyetmə-gənclərin neqativ vərdişlərdən uzaqlaşdırılmasına, ümumbəşəri bəlaya qarşı hamılıqla mübarizə aparıldığını, bu işdə məktəb rəhbərləri, müəllim və valideynlərin də fəal olmalarını söylədi.  Hazırda paytaxt Bakıda və bölgələrdə idman kompleksləri, sağlamlıq və yaradıcılıq mərkəzləri açıldığını və yenilərinin də tikilməkdə olduğunu qeyd edən A.Qasımov uşaqların belə yerlərə yönəldilməsinin vacibliyini nəzərə çatdırdı.
Tədbirin gedişi zamanı rayon məktəbliləri arasında “Gənclər narkomaniyaya yox deyir!” mövzusu üzrə rəsm müsabiqəsi təşkil edilmiş və sonda qaliblər müəyyən edilərək mükafatlandırılmışlar.

Keçidlər