Rayonda ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı ehsan süfrəsi açılmışdır
12 dekabr 2015-ci il tarixində Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində yerləşən “Su səsi” restoranında Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar ehsan süfrəsi açılmışdır.
Mərasimdə millət vəkilləri Sədaqət Vəliyeva, Rasim Musabəyov, idarə, müəssisə, ictimai təşkilatların rəhbərləri, ağsaqqallar və rayon sakinləri iştirak etmişlər.
Mərasim zamanı ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və xidmətləri sayəsində ölkənin beynəlxalq təcriddən çıxdığı, müstəqil, iqtisadi cəhətdən qüdrətli, vahid, dünya birliyinin tanıdığı və hörmət etdiyi Azərbaycan kimi bir dövlətin yaradıldığı söylənildi. Bu gün beynəlxalq aləmdə respublikanın layiqli yer tutduğu, Heydər Əliyev yolu ilə irəlilədiyi və inkişaf etdiyi qeyd edildi. Həmçinin respublikanın Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında qazanılmış uğurların davam etdirildiyi və xalqımızın xoşbəxt gələcəyə doğru inamla irəlilədiyi diqqətə çatdırılaraq müasir Azərbaycanın banisi və qurucusu Heydər Əliyevin xatirəsinin daim xalqın qəlbində yaşayacağı söylənildi.
.