129 saylı orta məktəbdə 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə bağlı tədbir keçirilmişdir
18 yanvar 2015-ci il tarixində 129 saylı orta məktəbdə 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə bağlı tədbir keçirilmişdir.
İlk öncə tədbir iştirakçıları məktəbdə təşkil olunmuş “20 yanvar: uşaqların gözü ilə” adlı sərgi ilə tanış oldular.
Daha sonra 129 saylı orta məktəbin şagirdlərinin hazırladığı “Qərənfil yağışı” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirildi.
Tədbirdə çıxış edən Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva, Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev 20 Yanvar 1990-cı ildə keçmiş sovet dövlətinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüzün insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu, milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış yüzlərlə günahsız insanın qətlə yetirildiyini və yaralandığını qeyd etdilər. 20 Yanvar hadisələrinin həm ümumxalq faciəsi, həm də müstəqillik uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatı kimi Azərbaycan tarixinə həkk olunduğunu vurğulayan natiqlər Qanlı Yanvarda şəhid olmuş həmvətənlərimizin əziz xatirəsinin istər respublikamızda, istərsə də onun hüdudlarından kənarda yaşayan soydaşlarımız tərəfindən daim uca tutulduğunu və hörmətlə anıldığını diqqətə çatdırdılar.