Nizami Rayon İcra Hakimiyyəti başçısının sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin 2015-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaqları keçirilmişdir
Belə ki, 12 yanvar 2016-cı il tarixində Nizami Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli, 15 yanvar 2016-cı il tarixində 2 nömrəli və 19 yanvar 2015-ci il tarixində isə 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin 2015-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncaqları keçirilmişdir.
Yığıncaqlarda Rayon İcra Hakimiyyəti başçısının sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin, həmçinin xidmət sahələrinin hesabat-məruzələri dinlənilmiş, rayon sakinlərinin sualları cavablandırılmışdır.
Hesabat yığıncağının yekununda Rayon İcra Hakimiyyəti başçısının 1, 2 və 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin 2015-ci ildə gördüyü işlər qənaətbəxş hesab edilmiş, qarşıda duran vəzifələrin vaxtında və tam icra edilməsi ilə bağlı müvafiq tapşırıqlar verilmişdir.