Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2015-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir

27 yanvar 2016 | 16:00

27 yanvar 2016-cı il tarixində 201 №-li tam orta məktəbdə Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2015-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.

Yığıncaqda Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qara Qarakişiyev qəsəbədə görülmüş işlər barədə ətraflı məlumat verərək, abadlıq və quruculuq işləri aparıldığını, müxtəlif ünvanlarda ümumilikdə 20260 m2 asfalt örtüyü vurulduğunu, Sabir küçəsində  ikimərtəbəli yeni müasir tipli  ATS və  poçt şöbəsinin inzibatı binasının inşasının başa çatdırıldığını, 328 saylı məktəbin qarşısında 100 yerlik uşaq bağçasının tikintisinin davam etdirildiyini və bu işlərin 2016-cı ilin birinci yarımilində yekunlaşacağını diqqətə çatdırdı. 

Eyni zamanda, qəsəbə ərazisində sahibkarlar tərəfindən müxtəlif iaşə və ticarət obyektləri, kiçik istehsal sahələri inşa edildiyi, xidmət sahələri tərəfindən qəsəbə sakinlərinin su, elektrik enerjisi və təbii qazla təminatı istiqamətində xeyli işlər görüldüyü və problemlərin yaranmaması üçün müvafiq tədbirlərin həyata keçirildiyi qeyd edildi.

Qəsəbədə hər il olduğu kimi, ötən ildə də Qurban və Novruz bayramlarında şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, kimsəsiz və imkansız ailələrə bayram sovqatları verildiyi, Ramazan bayramında iftar süfrələri açıldığı, həmçinin  qəsəbədə yaşayan aztəminatlı ailələrin sosial problemlərinin həlli yolunda müvafiq işlər görüldüyü də bildirildi. 

Görülən işlərlə yanaşı, qəsəbədə su anbarının və gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün idman kompleksinin inşasının vacib məsələlərdən biri olduğu diqqətə çatdırıldı.

Sonra məruzə ətrafında millət vəkili Sədaqət Vəliyeva, Rayon Sukanal İdarəsinin rəisi İntiqam Kərimov, Keşlə bələdiyyəsinin sədri Ələmdar Bafadarov, 201 saylı məktəbin direktoru Süsən Salmanova, Keşlə sakini Tahirxan Bayramov çıxış etdilər.

Yekunda Saday Əliyev, Sveta Hüseynova, Hicran Tağıyeva, Nəzər Cəfərov, Vələd Həsənov, Əlisgəndər Balayev, İradə Cəfərova və Səmayə Qəhrəmanova Keşlə qəsəbə sakinləri adından onları narahat edən problemləri səsləndirmiş və aradan qaldırılması üçün rayon rəhbərliyindən köməklik göstərilməsini xahiş etmişlər. Qeyd olunan problemlərin həlli istiqamətində aidiyyəti təşkilatlara müvafiq göstərişlər verilmişdir.

 

 

 

 

 

Keçidlər