Nizami rayonunda abadlıq və yenidənqurma işləri davam etdirilir
Rayonun Naxçıvanski küçəsində “Azəryolservis” ASC tərəfindən aparılan təmir-tikinti işləri başa çatmışdır.
Küçənin hər iki istiqaməti üzrə, yəni Qara Qarayev prospektindən Bəkir Çobanzadə küçəsinə doğru və əksinə olan 1 km 700 metrlik hissəsi yüksək keyfiyyətlə təmir edilərək nəqliyyat vasitələrinin hərəkəti üçün açılmışdır.
Təmir-tikinti işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyü qaşınaraq, ərazidən daşınmış, bundan sonra əraziyə iki qat olmaqla yeni asfalt-beton örtüyü döşənmişdir. Ümumilikdə təqribən 16 min kvadrat metr sahənin 11 sm qalınlığında asfaltlanması işləri aparılmışdır.
Ortalama eni 9 metr olan küçəyə 3400 p/m yeni səki daşları düzülmüş, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq 54 ədəd yeni baxış qapağı qoyulmuş və zəruri olan yerlərdə yağış barmaqlıqları yenilənmişdir.
Küçədə nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə ehtiyac duyulan yerlərdə yol nişanları quraşdırılaraq, yol cizgi və yol göstərici xətlərinin çəkilişi işləri aparılmışdır.
http://ays.gov.az/