Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda “Vətən qeyrətli qadın hökmdarımız – Tomris” mövzusunda konfrans keçirilmişdir

11 fevral 2016 | 16:00

11 fevral 2016-cı il tarixində “Tarixi Şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunun və Nizami rayonu E.Cəlilov adına 272 №-li tam orta məktəbin birgə hazırladığı “Vətən qeyrətli qadın hökmdarımız – Tomris” mövzusunda konfrans keçirilmişdir.

İlk öncə konfrans iştirakçıları məktəbdə təşkil edilmiş kitab və şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olmuşlar.

272 №-li məktəbin direktoru Rəhilə Əhmədova, həmin məktəbin tarix müəllimi Röya Yaqubova layihənin məktəbdə reallaşmasının sevindirici və qürurlu  hal olduğunu qeyd edərək, fevral ayının ilk 15 gününün tarix həftəsi elan olunduğunu və bu müddətdə "Tariximizdə  qadınların rolu və izi nədən ibarət olmuşdur" mövzusunda  açıq dərslər təşkil edildiyini, inşa, esse, şeir, referat, rəsm müsabiqələri keçirildiyini bildirmişlər.

“Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsinin rəhbəri Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, layihənin təşkilat komitəsinin sədri, 313 nömrəli tam orta məktəbin tarix müəllimi Araz Şamil layihənin əsas məqsədinin Azərbaycan xalqının tarixi şəxsiyyətlərinə sahib çıxaraq  onları olduğu kimi təqdim və təbliğ etmək, gənc nəsli öz zəngin tarixi keçmişinə və qəhrəmanlıq ənənələrinə məhəbbət ruhunda tərbiyə etmək olduğunu söyləmiş, 2015-ci ilin aprelindən Bakı şəhərinin müxtəlif orta məktəblərində layihə çərçivəsində Ulu öndər Heydər Əliyev, Şah İsmayıl Səfəvi, Ağa Məhəmməd şah Qacar, Nadir şah Əfşar və Şah Təhmasib Səfəviyə həsr olunmuş konfranslar keçirildiyini, həmçinin Azərbaycanın qadın hökmdarı Tomris haqqındakı esse və şəkil  müsabiqəsinə  bölgələr də daxil olmaqla 140-a yaxın şagird qoşulduğunu diqqətə çatdırmışlar.

Konfransda Azərbaycan xalqının görkəmli şəxsiyyətləri, dövlət xadimləri və sərkərdələri haqqında danışılmış, görkəmli qadın şəxsiyyətlərindən biri olan Massaget hökmdarı Tomris haqqında geniş məlumat verilmişdir.

Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, tarix üzrə fəlsəfə doktoru Allahverdi Əlimirzəyev, Azərbaycan teatr səhnəsində Tomris rolunun ifaçısı, Bakı Bələdiyyə teatrının direktoru, xalq artisti Amaliya Pənahova çıxış edərək, layihənin əhəmiyyətindən danışmış, yetişməkdə olan gənc nəslin tarixi şəxsiyyətlərimizi daha dərindən tanınmasında böyük rol oynadığını qeyd etmişlər.

Sonda məktəblilərin ifasında səhnəcik təqdim edilmiş, müsabiqə qalibləri diplom və tərifnamələrlə  təltif olunmuşlar.

 

 

 

Keçidlər