Nizami Rayon İcra Hakimiyyətinin Apelyasiya Şurası yaradılmışdır
Ölkədə fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiaəsi məqsədilə “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apelyasiya Şuralarının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli Fərmanına uyğun olaraq Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 2016-cı il 8 fevral tarixli sərəncamı ilə İcra Hakimyyətinin Apelyasiya Şurası yaradılmış və bu Fərmanla təsdiq edilmiş “Yerli İcra Hakimiyyəti orqanlarının Apelyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”yə əsasən Şuranın (sədri və 6 üzvü) və Katibliyinin (rəhbəri və 2 üzvü) tərkibi təsdiq edilmişdir.
Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin Apelyasi Şurası “Yerli İcra Hakimiyyəti orqanlarının Apelyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”yə uyğun olaraq qanunçuluq, şəffaflıq, kollegiallıq, qərərsizlik pirinsipləri əsasında qeyri-hökumət təşkilatları, digər icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları, habelə hüquqi və fiziki şəxslərlə qarşılıqlı surətdə fəaliyyət göstərəcəkdir.