Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyətində hesabat yığıncağı keçirilmişdir

01 noyabr 2011 | 16:00

01 noyabrda İcra Hakimiyyətində 2011-ci ilin doqquz ayında rayonun sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
Yığıncaqda millət vəkilləri Sədaqət Vəliyeva və Rasim Musabəyov iştirak etmişlər.
İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev 2011-ci ilin ötən doqquz ayı ərzində rayonun sosial-iqtisadi inkişafının yekunları ilə bağlı məruzə etmişdir.
Yığıncaqda çıxış edən digər natiqlər 2011-ci ilin doqquz ayında Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən mühüm işlərdən, sosial və iqtisadi sahələrdə əldə olunmuş uğurlardan danışmış, Azərbaycanın sosial-iqtisadi inkişafında paytaxtın Nizami rayonunun da payının olduğunu vurğulamışlar.
Hesabat yığıncağına yekun vuran rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov Nazirlər Kabinetinin 2011-ci ilin doqquz ayının yekunlarına həsr olunmuş iclasında ölkə Prezidenti İlham Əliyevin proqram xarakterli yekun nitqindən irəli gələn vəzifələrin icrası ilə bağlı görüləcək işlərdən, həmçinin rayonda həllini gözləyən bir sıra məsələlərdən söhbət açmışdır.
 

Keçidlər