Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda "Xocalı – dərdim mənim" mövzusunda tədbir keçirilmişdir

24 fevral 2016 | 16:00

24 fevral 2016-cı il tarixində Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar Nizami rayonu 238 nömrəli tam orta məktəbdə "Xocalı – dərdim mənim" mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə Milli Məclisin deputatı Sədaqət Vəliyeva iştirak etmişdir.

İlk öncə məktəbin foyesində Xocalı faciəsini əks etdirən rəsm nümunələrinə baxış keçirildi.

Sonra 238 nömrəli tam orta məktəbin müəllimi Zəminə Rzayevanın bədii rəhbərliyi ilə məktəbin ibtidai sinif şagirdləri tərəfindən hazırlanan "Xocalı – dərdim mənim" tamaşası nümayiş olundu.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov Xocalı faciəsinin ermənilər tərəfndən dinc əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin miqyasına görə ən dəhşətlisi olduğunu vurğulayaraq, bu soyqırım aktı nəticəsində bəzi ailələrin bütünlüklə məhv edildiyini, mülki əhalinin görünməmiş qəddarlıqla qətlə yetirildiyini, əsir götürülənlərə isə amansız işgəncələr verildiyini bildirdi. O, Xocalı faciəsi barədə dünya ictimaiyyətinə dolğun və geniş məlumatlar verilməsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərən “Xocalıya ədalət” kampaniyası çərçivəsində Ermənistanın həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli işlər görüldüyünü, Xocalı faciəsinin soyqırımı olması faktının dünyanın bir sıra ölkələrinin və beynəlxalq təşkilatların qərar və qətnamələrində əksini tapdığını diqqətə çatdırdı.

Keçidlər