Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Gənclik narkomaniyaya yox deyir” mövzusunda tədbir keçirilmişdir

03 mart 2016 | 16:00
03 mart 2016-cı il tarixində Bakı Texniki Kollecində Nizami Rayon İcra Hakimiyyəti və Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə “Gənclik narkomaniyaya yox deyir” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Milli Məclisin deputatı Sədaqət Vəliyeva iştirak etmişdir.
Tədbir narkomaniyanın fəsadlarından bəhs edən “Narkomaniya: bəşəriyyətin bəlası” adlı qısametrajlı filmin nümayişi ilə başlanmışdır.
Filmin nümayişindən sonra Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Nizami Rayon Komissiyasının sədri Gülnaz İsrafilova çıxış edərək, bəşəriyyəti narahat edən məsələlərdən biri olan narkomaniyanın artıq “ağ ölüm” kimi bütün dünyaya yayıldığını, bu bəlanın hər il çoxlu sayda insanın ölümünə səbəb olduğunu, Azərbaycanda  da narkomaniyanın acı nəticələrinin az olmadığını söylədi. Azərbaycan dövlətinin ümumbəşəri problemə çevrilən narkomaniyanın yayılmasının qarşısının alınması üçün məqsədyönlü tədbirlər gördüyünü, ona qarşı mübarizədə dünya ölkələri və beynəlxalq təşkilatlarla birgə fəaliyyət göstərdiyini nəzərə çatdıraraq, bu bəlanın qismən də olsa aradan qaldırılması məqsədilə maarifləndirmə, təbliğat və profilaktika işlərinin bu gün daha düzgün, effektiv aparıldığını bildirdi.
YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva narkomaniya və digər zərərli vərdişlərin fəsadlarından, gənc nəslin sağlamlığı üçün yaratdığı təhlükədən danışaraq, narkomaniyaya qarşı cəmiyyətin bütün üzvlərinin mübarizə aparmalı olduğunu, yeniyetmə və gənclər arasında mütəmadi maarifləndirmə tədbirlərinin aparılmasının vacibliyini diqqətə çatdırdı.
Gənclərin, yeniyetmələrin pis vərdişlərə aludə olması hallarının psixoloji məqamlarından söz açan 32 №-li məktəbin psixoloqu Nigar Hüseynova narkomanlıq və narkobiznesin cəmiyyətin mənəvi, əxlaqi dəyərlərini sarsıdan, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan başlıca amillərdən biri olduğunu diqqətə çatdırdı.
Daha sonra çıxış edən Nizami Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Nofəl Məhərrəmov  narkomaniyaya qarşı mübarizə ilə bağlı görülən tədbirlər və onların nəticələri barədə məlumat vermişdir.
 

 

 

 

 

Keçidlər