Şriftin ölçüsü :

Saytın rəngi :

21 noyabrda rayon İcra Hakimiyyətində “Yanğın təhlükəsizliyi” mövzusunda müşavirə keçirilmişdir

21 noyabr 2011 | 16:00

21 noyabrda rayon İcra Hakimiyyətində “Yanğın təhlükəsizliyi” mövzusunda müşavirə keçirilmişdir.
Müşavirədə millət vəkili Sədaqət Vəliyeva, Fövqəladə halların monitorinqi və xəbərdaredilməsi idarəsinin rəisi, polkovnik-leytenant Məhbubə Mustafayeva, Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin rəis müavini, polkovnik Cəfər Məmmədov, “Azəriqaz” İB-nin baş direktorunun əməyin mühafizəsi üzrə müavini Aydın Amanov, Dövlət Yanğın Nəzarəti Xidmətinin, rayonun xidmət, təsərrüfat və mənzil-istismar sahələrinin, mənzil tikinti kooperativlərinin, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin, bələdiyyələrin, Keşlə qəsəbə nümayəndəliyinin, özəl sahibkarlıq subyektləri də daxil olmaqla bütün iri ticarət və iaşə müəssisələrinin rəhbərləri və KİV nümayəndələri iştirak etmişlər.
Müşavirədən öncə Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri barədə film nümayiş etdirilmişdir.
Bundan sonra aidiyyəti qurumların məsul nümayəndələrinin məruzələri dinlənilmiş, əyani vasitələrlə istehsalatda, məişətdə və digər sahələrdə enerjidaşıyıcılarından istifadə zamanı təhlükəsizlik qaydaları, ən müxtəlif bədbəxt hadisələrin, o cümlədən yanğın təhlükəsinin qarşısının alınması məqsədilə görülməsi vacib olan qabaqlayıcı tədbirlər barədə toplantı iştirakçılarına ətraflı məlumat və zəruri tövsiyələr çatdırılmış, xidmət və təsərrüfat sahələrinə müvafiq tapşırıqlar verilmişdir.
 

Keçidlər