Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda məktəblilər arasında keçirilən "Kitab oxu – kitab qazan" layihəsinə yekun vuruldu

10 mart 2016 | 16:00
10 mart 2016-cı il tarixində 129 №-li tam orta məktəbdə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi, “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin təşəbbüsü və Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  rayonun  orta  ümumtəhsil  məktəbləri  arasında  keçirilmiş  "Kitab oxu – kitab qazan" layihəsinə yekun vurulmuşdur.
Layihənin münsiflər heyətinə 24 orta ümumtəhsil məktəbləri ümumilikdə 109 yazı işi təqdim etmişlər.
"Kitab oxu – kitab qazan" layihəsi üzrə I yerə – 201 №-li tam orta məktəbin 10-cu sinif şagirdi Cəmilə Kazımova, II yerə – 10 №-li tam orta məktəbin 9-cu sinif şagirdi Mehrubə Abdullayeva və 70 №-li məktəb-liseyin 9-cu sinif şagirdi Pərvanə Məmmədova və III yerə – 210 №-li tam orta məktəbin 9-cu sinif şagirdi Aydan Bağırlı və 8-ci sinif şagirdi Günel Qafarova, “Zəngi” liseyin 10-cu sinif şagirdi Samirə Səfərova layiq görülmüşlər.  
Layihənin qaliblərinə hədiyyələr və sertifikatlar təqdim olunmuşdur.
Qeyd edək ki, Nizami rayonunda "Kitab oxu – kitab qazan" layihəsinə 2015-ci ilin dekabr ayının 18-də start verilmiş və bu layihənin keçirilməsində məqsəd rayonda yeniyetmə və gənclər arasında kitaba və kitabın mütaliəsinə münasibəti öyrənmək, ictimaiyyətin kitab oxumağa olan marağını və gənclərin kitabxanalardan istifadə səviyyəsini müəyyənləşdirmək olmuşdur.
 

 

 

 

 

 

Keçidlər