Nizami rayonunda İlaxır çərşənbəsi qeyd edilmişdir
15 mart 2016 | 16:00
Novruz xalqımızın milli adət-ənənələrini özündə birləşdirən əsas bayramlardan biridir.
Təzə ili, baharın ilk gününü qarşılamaq anlamına gələn Novruz bayramının ən təntənəli mərasimləri Su, Od, Yel, Torpaq çərşənbələri hesab olunur.
Qeyd edilən çərşənbələr sırasında sonuncu çərşənbə torpaq çərşənbəsidir, bu çərşənbə el arasında "Yer çərşənbəsi" və ya "İlaxır Çərşənbə" kimi də adlandırılır.
15 mart 2016-cı ildə Azərbaycanın bütün bölgələrində olduğu kimi, Nizami rayonunda da İlaxır çərşənbə qeyd edilmişdir.
İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Şərifli küçəsi 84, 86, 88, R.Rüstəmov küçəsi 54, 56 və Q.Qarayev prospekti 12, 76 saylı ünvanlarda İlaxır çərşənbəsi münasibətilə bayram tədbirləri keçirilmişdir.
Tədbirlərdə bahara həsr olunmuş mahnılar, şeirlər səslənmiş, rəngarəng bədii proqramlar, rəqslər, folklor oyun nümunələri təqdim edilmiş, tonqallar yandırılmışdır.