Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “21 Mart Beynəlxalq Daun Sindromu Günü” münasibətilə yürüş keçirilmişdir

18 mart 2016 | 16:00
18 mart 2016-cı il tarixində Nizami Rayon İcra Hakimiyyəti “Qayğı” Sağlam Nəsil Naminə İctimai Birliyi ilə birgə “21 Mart Beynəlxalq Daun Sindromu Günü” münasibətilə Heydər bağı park-bulvarda daun sindromlu uşaqlarla yürüş keçirmişdir.
Yürüşdə Milli Məclisin deputatı Qənirə Paşayeva iştirak etmişdir.
Yürüşdən sonra Heydər bağı park-bulvarda yerləşən “Akvarium” Əyləncə Mərkəzində uşaqlar üçün bayram süfrəsi açılmışdır.
Yürüşün keçirilməsində məqsəd ailələrdə olan belə uşaqların gizlədilməsinə yol verməmək, onları heç vaxt unutmamaq və onların xəstə deyil, sadəcə fərqli uşaq olduqlarını düşünməklə, cəmiyyətə qaynayıb-qarışması üçün könüllü surətdə ixtisaslaşmış mərkəzlərə cəlb edilməsidir.

 

Keçidlər