Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclası keçirilmişdir

04 aprel 2016 | 16:00
04 aprel 2016-cı il tarixində Nizami Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbədənkənar iclası keçirilmişdir.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov iclası açaraq təmas xəttində Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatı nəticəsində yaşayış məntəqələrində mülki şəxslərin və hərbiçilərimizin həlak olduğunu bildirərək, onların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi.
Sonra Arif Qasımov həlak olanlara Allahdan rəhmət, onların qohumlarına, yaxınlarına səbir, təxribat nəticəsində yaralananlara isə şəfa dilədi.
O, təmas xəttində aprel ayının 1-dən 2-nə keçən gecədən başlanan təxribat nəticəsində Azərbaycan Ordusunun düşmənə layiqli cavab verdiyini,  ermənilərin ətraf rayonları nəzarətdə saxladığı yüksəkliklərin əsgərlərimiz tərəfindən ələ keçirildiyini bildirdi. Bununla da Azərbaycan Ordusunun gücünü, qüdrətini düşmənlərə layiqincə göstərdiyini diqqətə çatdırdı.
Həmçinin A.Qasımov qeyd etmişdir ki, ölkə başçısı cənab İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında “Bizim heç bir günahımız yoxdur. Biz sadəcə olaraq bu təxribata cavab vermişik. Düz də etmişik. Bizə qarşı yenə təxribat törədilərsə onlar yenə də öz cəzalarını alacaqlar. Bu, bir. İkincisi, biz öz torpağımızda vuruşuruq. Biz Ermənistan torpağını işğal etməmişik. Biz öz torpağımızda vuruşuruq. Əgər erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun”, – söyləməsi Azərbaycanın ermənilərin bundan sonrakı təxribatlarına da layiqli cavab verəcəyinin əyani göstəricisidir.
Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Nizami rayon prokuroru Akşin Ziyadov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Nizami Rayon İdarəsinin rəisi Rövşən Babayev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Nizami rayon filialının müdiri Məhi Mehtiyev çıxış edərək, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından sülh yolu ilə çəkilmək istəmədiyini, bütün səylərlə mövcud status-kvonu maksimum saxlamağa çalışdığını, hər zaman danışıqlar prosesinin həlledici məqamlarında təxribatlara əl atdığını bildirərək, aprel ayının 1-dən 2-nə keçən gecə eyni təxribat hərəkətini davam etməklə təmas xəttində gərginlik yaradaraq Azərbaycan Ordusunun səbrini daşırması nəticəsində ordumuzun Talış, Seysulan kəndlərini və Lalə Təpə yüksəkliklərini almaqla öz gücünü, iradəsini göstərdiyini söylədilər.
Sonda Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov və digər natiqlər Azərbaycan Ordusunun, Silahlı Qüvvələrinin uğurlu əməliyyatı münasibətilə tədbir iştirakçılarını təbrik etdilər.

Keçidlər