Nizami rayonunda mayor Vəlizadə Urfan Uzeyir oğlu ilə vida mərasimi keçirilmişdir
11 aprel 2016 | 16:00
Aprel ayının 2-dən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində ermənilərin silahlı təxribatının qarşısının alınması zamanı mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimiz tərəfindən qarşı tərəfin mövqelərinə aviasiya zərbələri zamanı Milli Ordunun zabiti, Mİ-24 helikopterinin pilotu, Nizami rayon sakini 1978-ci il təvəllüd mayor Vəlizadə Urfan Uzeyir oğlu şəhid olmuşdur.
11 aprel 2016-cı il tarixində Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, şəhidin ailə üzvləri və rayon ictimaiyyətinin iştirakı ilə şəhid mayor Vəlizadə Urfan Uzeyir oğlunun cənazəsi Nizami Rayon İcra Hakimiyyətinin qarşısından vidalaşmaq üçün Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzinə yola salındı.
Şəhid mayor Vəlizadə Urfan Uzeyir oğlu II Fəxri xiyabanda torpağa tapşırıldı. Şəhidin cənazəsinə bükülmüş üçrəngli Azərbaycan bayrağı şəhidin ailəsinə təqdim edildi.