Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Multikulturalizm və dini dözümlülük Azərbaycanda dövlət siyasətidir” adlı tədbir keçirilmişdir

20 aprel 2016 | 16:00
20 aprel 2016-cı il tarixində 312 №-li orta məktəbdə Nizami Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhər şöbəsi ilə birgə Keşlə qəsəbəsində fəaliyyət göstərən orta məktəblərin yuxarı sinif şagirdlərinin, müəllimlərin və sakinlərin iştirakı ilə “Multikulturalizm  və dini dözümlülük Azərbaycanda dövlət  siyasətidir” adlı rayon tədbiri keçirilmişdir.
Tədbiri giriş sözü ilə Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov açaraq bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə 2016-cı il Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilmiş və 11 mart 2016-cı il tarixli Sərəncamı ilə  “2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair Tədbirlər Planı” təsdiq edilmişdir. Həmin Tədbirlər Planının aidiyyəti üzrə 10-cu bəndinin icrasını təmin etmək məqsədilə Rayon İcra Hakimiyyəti başçısının 28 mart 2016-cı il tarixli sərəncamı ilə rayonda keçiriləcək tədbirlərin planı təsdiq edilmiş, görüləcək işlər müəyyən olunmuşdur. O, bu tədbirin də məhz “Multikulturaliz ili” çərçivəsində  təşkil olunduğunu qeyd etmişdir.
Sonra tədbirdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhər şöbəsinin məsləhətçisi Novruz Nuriyev “Multikulturalizm və dini dözümlülük”, Keşlə “Şah Abbas” məscidinin axundu Hacı Sirac Səfərov “İslam dini və milli-vətənpərvərlik tərbiyəsi” və Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov “Islam dini və sağlam həyat tərzi”  mövzularında  çıxış etmiş, tədbir iştirakçılarını maraqlandıran məsələlərlə bağlı ətraflı məlumatlar vermişlər.
Tədbirin sonunda 312 №-li orta məktəbin direktoru Yaqut Həsənova çıxış edərək, tədbirin təşkilatçılarına və məruzəçilərə minnətdarlığını bildirmiş və bu tədbirin şagirdlərin maarifləndirilməsində, onların mənəvi-dini dünyagörüşünün formalaşdırılmasında çox böyük əhəmiyyəti olduğunu qeyd etmişdir.
Tədbirdə həmçinin təşkilatçılar tərəfindən belə tədbirlərin rayonun digər tədris müəssisələrində də keçirilməsi qərara alınmışdır.

Keçidlər