Ilk dəfə olaraq gənc saç ustalarının yaradıcılıq müsabiqəsi keçirilmişdir
22 dekabrda “Start” İdman-Əyləncə Kompleksində rayon İcra Hakimiyyətinin təşkilatçılığı və “Salerm” kosmetoloji şirkətinin dəstəyi ilə rayon Gənclər və İdman İdarəsi tərəfindən respublikada ilk dəfə olaraq gənc saç ustalarının yaradıcılıq müsabiqəsi keçirilmişdir.
Tədbirdə millət vəkili Sədaqət Vəliyeva, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, gənc saç ustaları, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon sakinləri iştirak etmişlər.
Müsabiqə “Saç kəsimi”, “Klassik saç düzümü” və “Avanqard saç düzümü” nominasiyaları üzrə təşkil olunmuşdur.
Tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır ki, belə müsabiqələrin keçirilməsində əsas məqsəd “Azərbaycan Gəncliyi 2011-2015-ci iilərdə” Dövlət Proqramına əsasən mədəniyyət və digər sahələrdə çalışan gənclərin əməyinin stimullaşdırılması və onların hərtərəfli inkişafına şəraitin yaradılmasıdır.
Tədbir boyunca bəzədilən modellərin qonaqlar və münsiflər heyəti qarşısında nümayişi keçirilmişdir.
Sonda müsabiqə qalibləri diplom və medallarla təltif edilmiş, onlara hədiyyələr təqdim olunmuşdur.