Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkə başçısı cənab İlham Əliyev Heydər bağında yaradılan şəraitlə tanış olub

04 may 2016 | 16:00
Prezidenti cənab İlham Əliyev Nizami rayonunun 8-ci Kilometr qəsəbəsindəki Heydər bağında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.
Bildirilib ki, bu istirahət guşəsi 1997-ci ilin mayında ulu öndər Heydər Əliyevin iştirakı ilə açılıb. Ümummilli Lider burada daş palıd da əkib. Heydər bağında həyata keçirilən yenidənqurma tədbirləri zamanı əlavə yaşıllaşdırma işləri görülüb, yeni skamyalar və işıqlandırma sistemi qurulub. Ərazisi 5 hektardan çox olan bağın yenidən qurulmasında yüksək keyfiyyətli tikinti materiallarından istifadə edilib, sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb.
Görülən işlərlə yaxından tanış olan dövlət başçısı müvafiq tapşırıq və tövsiyələrini verdi.

 

Keçidlər