Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 71-ci ildönümü münasibətilə veteranlarla görüş keçirilmişdir

09 may 2016 | 16:00
1941-1945-ci illər İkinci Dünya müharibəsi dövründə Azərbaycan xalqı istər cəbhədə, istərsə də arxada misilsiz döyüş və əmək rəşadətləri göstərmişdi. Qısa müddət ərzində respublikada 87 qırıcı təyyarə batalyonu və 1124 özünümüdafiə batalyonları təşkil olunmuşdu. 600 mindən çox azərbaycanlı cəbhəyə səfərbər olunmuş, azərbaycanlılardan ibarət 416-cı, 271-ci, 77-ci, və 223-cü Milli diviziyalar təşkil edilmişdi. Bu diviziyalar Qafqaz dağlarından Berlinədək şanlı bir döyüş yolu keçmiş, 130-dan çox azərbaycanlı ən yüksək hərbi ada – Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfər Şərəf ordeni, 170 min nəfər isə müxtəlif orden və medallarla təltif olunmuşdu.  
İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçən Azərbaycan övladlarının heç vaxt yaddaşlardan silinməyən qəhrəmanlıq və şücaəti gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir.
İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 71-ci ildönümü münasibətilə Nizami rayonunda veteranlarla evlərində hər biri ilə fərdi görüş keçirilmiş, onlara maddi köməklik göstərilmişdir.
Müharibə veteranları ilə görüşən Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov, şöbənin baş məsləhətçisi İsa Hüseynov, Nizami Rayon Mədəniyyət Mərkəzinin direktoru Laura Quliyeva və Rayon Veteranlar Şurasının sədri Yəhya Ağayev veteranları Qələbə bayramı münasibətilə təbrik edərək, ən xoş arzularını çatdırmış, faşizm üzərində tarixi Qələbəyə vermiş olduqları töhfələrin gənclərə örnək olduqlarını bildirmişlər.
 

 

Keçidlər