Şriftin ölçüsü :

Saytın rəngi :

“Koroğlu” stansiyasının açılış mərasimi

30 dekabr 2011 | 16:00
30 dekabrda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Metropoliteninin “Koroğlu” (keçmiş “Məşədi Əzizbəyov”) stansiyasının yenidənqurmadan sonra açılış mərasimində iştirak etmişlər. Bakı Metropoliteninin rəisi Tağı Əhmədov ölkə başçısına və xanımına stansiyanın yeni yerüstü binası haqqında məlumat verərək bildirdi ki, 2010-cu ilin iyunundan etibarən bu stansiyada yenidənqurma işlərinə başlanılmışdır. Layihəni Avstriya şirkəti hazırlamış, tikinti-quraşdırma işlərini isə ABŞ şirkəti həyata keçirmişdir. Yenidənqurma işləri çərçivəsində birinci vestibüldəki pavilyonun yerinə hündürlüyü 20 metr, səthinin sahəsi 1800 m2-dək olan şüşə-metal konstruksiyadan piramida şəklində yeni vestibül inşa edilmişdir. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva vestibüldə xalq qəhrəmanı Koroğlunun abidəsinin qoyulacağı postamentə və eskiz layihələrinə baxdılar, stansiya daxilində fəaliyyət göstərəcək ticarət köşkləri və istirahət guşələrində yaradılan şəraitlə tanış oldular. Diqqətə çatdırıldı ki, stansiyada yeni materiallardan quraşdırılmış asma tavan müasir işıqlandırma sistemi ilə təchiz olunmuşdur. Burada Almaniya istehsalı olan üç eskalator quraşdırılmışdır. Azərbaycanda ilk dəfə kompyuter texnologiyalarından istifadə olunmaqla şüşə-metal konstruksiyalı vestibüldə çoxrəngli müasir, enerjiyə qənaət edən LED tipli işıqlandırma sistemi tətbiq edilmişdir. Bakı Metropolitenində ilk dəfə olaraq stansiyanın vestibülündə yaşıl bağ salınmışdır.
Keçidlər