Şriftin ölçüsü :

Saytın rəngi :

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Multikulturalizm ili”nə həsr olunmuş tədbir keçirilmişdir

06 iyun 2016 | 16:00
6 iyun 2016-cı il tarixində Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Nizami Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq  Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Multikulturalizm ili”nə həsr olunmuş “Dostluq çələngi” adlı tədbiri keçirilmişdir.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının  İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov, Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Lalə Qəti, Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəisi Məhəbbət Vəliyeva, Təhsil Nazirliyinin sektor müdiri Ayla Həsənova çıxış etmiş, multikultural dəyərlər haqqında tədbir iştirakçılarına məlumatlar vermiş, belə tədbirlərin böyük əhəmiyyət daşıdığını xüsusilə vurğulamışlar.
Çıxışlardan sonra “Multikulturalizm ili”nə həsr olunmuş video-çarx nümayiş olunmuş, həmçinin Yaradıcılıq Mərkəzinin dərnək rəhbəri Lalə İbrahimovanın quruluşunda “Azəri inciləri” rəqs qrupu tərəfindən  müxtəlif xalqların rəqs nümunələri göstərilmişdir.

 

Keçidlər