Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Gənclərin radikal dini təriqətlərə qoşulmasının qarşısının alınması” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilmişdir

21 iyun 2016 | 16:00
21 iyun 2016-cı il tarixində Nizami Rayon İcra Hakimiyyəti tərəfindən “Resurs” Gənclərin İnkişafı İctimai Birliyi ilə birgə yeniyetmə gənclərin və təhsil işçilərinin iştirakı ilə “Gənclərin radikal dini təriqətlərə qoşulmasının qarşısının alınması” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə “Resurs” Gənclərin İnkişafı İctimai Birliyinin sədri Samir Mehdizadə “Gənclərin radikal dini təriqətlərə qoşulmasının qarşısının alınması” layihəsi çərçivəsində bir sıra təhsil müəssisələrində maarifləndirici tədbirlərin keçirildiyini diqqətə çatdırmış, bu gün isə 238 nömrəli orta məktəbdə belə bir mövzuda görüşün təşkil edildiyini vurğulamış, bu istiqamətdə görülmüş işlərdən danışmışdır.
Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini, dini işlər üzrə komissiyanın sədri Gülnaz İsrafilova bildirmişdir ki, hazırkı dövrdə dini radikalizm və bu yönümdə fəaliyyət göstərən dini təriqətlər dünyanı narahat edən ən qlobal sosial bəlaya çevrilmişdir. Çox əfsuslar olsun ki, bəzi gənclər də bu cərəyanın qurbanına çevrilmişlər. İslam dininə ləkə gətirən dini radikalizm “cihad” pərdəsi altında şəxsi və qrup mənafelərinin maraqlarına xidmət etməklə insanların, xüsusilə də gənclərin dini baxışlarını tamamilə dəyişmiş, dini fanatizm ideologiyası və dini ekstremizm fəaliyyəti önə çıxmışdır. Bu da öz növbəsində çox təhlükəli və qarşısıalınmaz nəticələrə səbəb olmuşdur. Tədbirimizin əsas məqsədi gənclərin radikal dini təriqətlərə qoşulmasının qarşısının alınması istiqamətində görüləcək işlərin müəyyənləşdirilməsindən, bu sahədə birgə fəaliyyət göstərməyin zəruriliyinə və gənclərlə aparılan maarifləndirici tədbirlərin intensivliyinin artırılmasına diqqətin yönəldilməsindən ibarətdir.
Sonra Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov dini radikalizm haqqında danışaraq, bu sahədə rayonda keçirilən tədbirlər, o cümlədən rayondakı mövcud dini durum barədə tədbir iştirakçılarına məlumat vermişdir.
Tədbirdə həmçinin 238 nömrəli orta məktəbin direktoru İlqar Talıbov çıxış edərək, gəncləri dini radikalizm meyillərindən uzaq durmağa çağırmış, onlara bir sıra tövsiyələrini vermişdir.

Keçidlər