Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Narkotiklərə yox deyək” adlı tədbir keçirilmişdir

22 iyun 2016 | 16:00
22 iyun 2016-cı il tarixində Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 12 saylı orta məktəbdə rayon məktəblərinin direktor müavinləri, psixoloqları və şagirdlərinin iştirakı ilə 26 iyun BMT-nin Narkotiklərlə Mübarizə Günü münasibətilə “Narkotiklərə yox deyək” adlı ümumrayon tədbiri keçirilmişdir.
Tədbiri Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının sədri Gülnaz İsrafilova açaraq, 7 dekabr 1987-ci ildə BMT Baş Assambleyasının qəbul etdiyi qətnaməyə əsasən 26 iyun narkomaniya və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı beynəlxalq mübarizə günü elan edildiyini qeyd etmişdir, Bu münasibətlə hər il ölkəmizdə də müxtəlif tədbirlər keçirilir. Son illər respublikamızda narkomanlığa qarşı mübarizənin xeyli gücləndiyini, bu sahəyə cavabdeh olan dövlət orqanları ilə yanaşı, QHT-lər, ictimai təşkilatların da fəallığının xeyli artdığını bildirmiş və 2016-cı ilin ötən dövrü ərzində rayon komissiyası tərəfindən görülmüş işlər, keçirilmiş tədbirlər və görüləcək işlər haqqında məlumat vermişdir.
Sonra Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, Az miqdarda müsadirə edilmiş narkotik vasitələri məhvetmə komissiyasının məsul katibi Bəhman Hüseynov çıxış edərək, adı çəkilən komissiyanın fəaliyyəti, gördüyü işlər, eləcə də müsadirə edilmiş narkotik vasitələrin məhvetmə prosesləri barədə tədbir iştirakçılarını məlumatlandırmışdır.
“Erməni təcavüzünün tanıdılması” İctimai Birliyinin sədri, jurnalist Səriyyə Müslümqızı  çıxışında narkomanlığa qarşı mübarizə, yeniyetmə-gənclərin zərərli vərdişlərə aludəçiliyin qarşısının alınması və sağlam həyat tərzinin təbliğinin hər bir vətəndaşın borcu olduğunu qeyd etmiş, rəhbərlik etdiyi İctimai Birliyin də rayon ərazisində fəaliyyət göstərən təlim-tərbiyə ocaqları ilə mütəmadi olaraq tədbirlər keçirdiyini, şagirdlərin sağlam ruhda böyümələri üçün öz əməli köməkliklərini göstərdiyini və  bu əlaqələrin bundan sonra da mütəmadi olaraq davam etdiriləcəyini diqqətə çatdırmışdır.
Sonra tədbir iştirakçılarını  maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər