Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsində piyada keçidlərinin açılı
30 dekabr 2011 | 16:00
30 dekabrda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsində inşa olunmuş piyada keçidlərinin açılış mərasimində iştirak etmişlər.
Nəzqliyyat naziri Ziya Məmmədov məlumat verərək bildirdi ki, piyada keçidlərinin inşası, ilk növbədə metrodan istifadə edən sərnişinlərin və ərazidə yaşayan sakinlərin təhlükəsizliyinə və sərbəst hərəkətinə xidmət edir. Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsində inşa olunan birinci və ikinci tunellərdə piyadaların hərəkəti üçün bütün zəruri şərait yaradılmışdır. Birinci tunelin uzunluğu 140, ikincisinin uzunluğu isə 65 metrdir. Hər iki tunelin eni 6 metrdir. Burada piyadaların hərəkətini tənzimləyən istiqamətverici elektron lövhələr və müşahidə kameraları quraşdırılmışdır.