Nizami rayonunda Nəsimi küçəsinin Mehdi Abbasov küçəsi ilə Qara Qarayev prospekti arasında yerləşən hissəsi təmir olunmuşdur
25 iyun 2016 | 16:00
Nizami rayonunda Nəsimi küçəsinin Mehdi Abbasov küçəsi ilə Qara Qarayev prospekti arasında yerləşən hissəsi təmir olunub.
Təmir-bərpa işlərinin aparıldığı ərazinin uzunluğu 620 metr, ortalama eni 15 metrdir.
Aparılmış təmir işləri zamanı yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək, ərazidən daşınıb. Bunun əvəzinə 10 min m2 ərazinin asfaltlanması işləri aparılıb, 1250 p/m köhnə səki daşı yenisi ilə əvəzlənib.
Bundan başqa səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün şərait yaradılıb, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənib.
Avtonəqliyyat vasitələrinin normal hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol-cizgi və yol-göstərici xətlərinin çəkilişi işləri aparılıb.
http://www.azeravtoyol.gov.az/