Nizami rayonunda Rüstəm Rüstəmov küçəsinin Mikayıl Əliyev küçəsi və Qara Qarayev prospektləri arasında yerləşən hissəsi təmir olunmuşdur
25 iyun 2016 | 16:00
Nizami rayonunda Rüstəm Rüstəmov küçəsinin Mikayıl Əliyev küçəsi və Qara Qarayev prospektləri arasında yerləşən hissəsində təmir-tikinti işləri aparılıb.
Yolun təmir olunan hissəsinin uzunluğu bir istiqamət üzrə 1250 metr (ümumi 2500 m), hərəkət hissəsinin eni 12,5 metr (ümumi 25 m), yol ayrıcının eni isə 4-5 metrdir. Küçə hər bir istiqamətə 3 olmaqla, 6 hərəkət zolağından ibarətdir.
Təmir-tikinti işləri çərçivəsində küçə boyu 5 min p/m köhnə səki daşı yeniləri ilə əvəzlənib. Bundan başqa köhnə asfalt-beton örtüyünün üst qatının qaşınaraq yenisi ilə əvəzlənməsi işləri də həyata keçirilib. Ümumilikdə küçənin 62 500 m2 ərazisinin asfaltlanması işləri aparılıb.
Bundan başqa yoldan səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulmuş mövcud yağış-kanalizasiya sistemi tam işlək vəziyyətə salınıb, yağış barmaqlıqları yenilənib, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, yeni baxış qapaqları qoyulub.
Hazırda analoji işlər küçənin digər hissəsində, daha dəqiq Qara Qarayev prospekti ilə kəsişmədən Sabunçu rayonu Ramiz Qənbərov küçəsinədək (Bakıxanov qəsəbəsinə düşən yol) olan hissəsində və köməkçi yollarında da aparılır. Sözügedən hissənin və köməkçi yolların uzunluğu bir istiqamət üzrə 700 m, iki istiqamət üzrə əsas yol – 1400 m, köməkçi yol – 1400 m.
Təmir-tikinti işləri çərçivəsində burda zəruri olan yerlərdə istinad divarları, 1,5 m enində piyada səkiləri və 1 m enində ayrıcı zolaq inşa olunur. Sıxlığı aradan qaldırmaq üçün bəzi ərazilərdə yolun hərəkət hissəsinin genişləndirilməsi işləri də aparılır.
Ümumilikdə əsas yol və köməkçi yollar da daxil olmaqla 35 min m2 əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi, yolun hərəkət hissəsinin kənarlarına 5600 p/m yeni səki daşının düzülməsi nəzərdə tutulub.
http://www.azeravtoyol.gov.az/