Nizami rayon gəncləri Türkiyədə baş verən terror hadisəsi qurbanlarının xatirəsini yad etmişlər
30 iyun 2016 | 16:00
28 iyun 2016-cı il tarixdə İstanbulun Atatürk hava limanında törədilmiş terror aktı nəticəsində çoxlu sayda insan ölümü ilə nəticələnən hadisəyə öz etirazlarını bildirmək üçün Türkiyənin ölkəmizdəki səfirliyinin qarşısında toplaşan Nizami rayon gəncləri səfirliyin qarşısına gül dəstələri düzmüş, terror qurbanlarının xatirəsini yad edərək yaralananlara şəfalar diləmişlər.
Gənclər hava limanında törədilən terror aktını pisləyərək, hadisədən kədərləndiklərini bildirmiş, Azərbaycanın həmişə olduğu kimi, bu ağır günlərdə də Türkiyənin yanında olduğunu vurğulamışlar.