Nizami rayonunun 220 nömrəli məktəb-liseyin komandası "Gənc xilasedici və yanğınsöndürən" V Ümumrespublika birinciliyini qazanmışdır
04 iyul 2016 | 16:00
2 iyul 2016-cı il tarixində Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, UNİCEF-in Bakı ofisinin, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilmiş "Gənc xilasedici" IV Beynəlxalq yarışına və "Gənc xilasedici və yanğınsöndürən" V Ümumrespublika birinciliyinə yekun vurulmuşdur.
Komandalar yarışlarda “Maneələr zolağı”, “Kombinə edilmiş yanğın estafeti”, “Axtarış-xilasetmə işi”, “Komandaların təqdimatı” və “Divar qəzeti” mərhələlərində güclərini sınamışlar. Beynəlxalq yarışda birinci yeri Azərbaycan, ikinci yeri Gürcüstan, üçüncü yeri isə Rusiya komandaları tutmuşlar. Ümumrespublika birinciliyində isə birinci yerə Bakı şəhəri, Nizami rayonunun 220 nömrəli məktəb-liseyi, ikinci yerə Yardımlı, üçüncü yerə isə İsmayıllı rayonunun komandaları layiq görülmüşlər.
Tədbirin sonunda qalib komandalara mükafatlar, fəxri fərman və qiymətli hədiyyələr təqdim olunmuşdur.
Qeyd edək ki, 220 nömrəli məktəb-liseyin “Gənc xilasedicilər və yanğınsöndürənlər” komandası 2013-cü ildə yaradılmışdır. Komandanın tərkibi 2 qız, 5 oğlandan ibarətdir. Komanda keçirilmiş yarışlarda 2014-cü ildə respublika üçüncüsü, 2015-ci ildə respublika ikincisi, 2016-cı ildə isə respublika birincisi olmuşdur.